A

Britaniya Şurasının Creative Spark layihəsi çərçivəsində 24 noyabr-2 dekabr tarixlərində UNEC-in əməkdaşları Qrinviç Universitetində (UoG) işgüzar səfərdə olublar.

Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin İbrahimova, şöbənin mütəxəssisi Rauf Məmmədov, N.Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Gülnar Mirzəyeva və rektorluğun referenti Günel Əhmədovanın təmsil olunduğu nümayəndə heyətinə biznes inkubasiya və biznesin inkişafı mərkəzlərinin iş mexanizmləri barədə təlimlər keçilib, sahibkarlıq sahəsi istiqamətində Qrinviç Universitetinin həyata keçirdiyi yeniliklər barədə məlumat verilib. Təlim çərçivəsində UNEC nümayəndələri sahibkarlıq və biznes inkubasiyasının inkişafı istiqamətində yaradılmış infrastrukturla, bu yöndə tədrisi həyata keçirən müəllim və inzibati heyətlə görüşüblər. 

UoG-in akademik heyəti ilə görüşdə UNEC arasında 2019-cu ildən bəri davam edən əməkdaşlığın perspektivləri müzakirə olunub. Qrinviç Universitetinin transmilli təhsil layihələri portfoliosu çərçivəsində Creative Spark proqramının xüsusi yer aldığı bildirilib və gələcək əməkdaşlığın yeni istiqamətləri barədə təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay