A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və Analitik-İnformasiya Resursları Mərkəzinin təşkilatçılığı ilə ORACLE üzrə mütəxəssis Ph.D Samir Səmədovun iştirakı ilə “SQL INTRODUCTION” mövzusunda təlim keçirilib.

Təlimi giriş sözü ilə açan UNEC Analitik-İnformasiya Resursları Mərkəzinin rəhbəri Esmira Əhmədova bugünkü təlimin spikeri barədə ətraflı məlumat verib, onunb “SQL - Asan yanaşma yolu” və “PL/SQL - Peşəkarlığa gedən yol” kitablarının həmmüəllifi olduğunu, həmçinin 2013-cü ildə Slovakiyanın Bratislav şəhərində keçirilən imtahan nəticələrinə görə, ORACLE şirkətin ən yüksək OCM statusuna layiq görüldüyünü bildirib.

ORACLE üzrə mütəxəssis Ph.D Samir Səmədov təqdimatla çıxış edərək bildirib ki, müasir dövrdə SQL - proqramlaşdırma dilləri arasında ən vacib və ən lazımlı dillərdən sayılır ki, bura verilənlər bazası yaratmaq, sətirlər əlavə etmək, silmək və s. daxildir. MySQL, MS Access, Oracle,SQL Server və s. kimi bütün Əlaqəli Verilənlər Bazası (RDMS) standart dil olaraq SQL-dən istifadə edir. Yadda saxlanılan məlumatların çoxluğunu, digər proqramların əməliyyat sistemlərini nəzərə alsaq, müasir vaxtda Oracle şirkətinin yaratdığı Verilənlər Bazasından daha çox istifadə olunduğunu, bunun əsas səbəbi kimi isə Oracle-ın rahat istifadəsi, digər proqramlarla paralel işlədikdə problem yaratmamasını təlim iştirakçılarının diqqətinə çatdırıb.

Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçi tərəfindən suallar cavablandırılıb.

Təlim UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay