A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda UNEC əməkdaşları da iştirak ediblər.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, UNEC-in Rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov, Karyera mərkəzinin direktoru Aytac Rzayeva, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“Gələcəyə hazır ol!” devizi ilə keçirilən forumun məqsədi əmək bazarında olan aktual problemlərin həlli istiqamətində peşəkar müzakirələr aparmaq, yeni trendlər və çağırışlar barədə məlumatlılığı artırmaq, karyera planlaması istiqamətində düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay