Mayın 5-də UNEC-də Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın müzakirə mövzuları:

  1. Universitetlərdə təhsilin yeni maliyyələşmə modeli.
  2. Ali təhsil sistemində yeni idarəetmə modeli.
  3. Sahibkar universitet və rəqəmsal təhsil modelinin tətbiqi.
  4. Yüksəkkeyfiyyətli və beynəlmiləl Ali Təhsil mərkəzinə keçid.

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti və tədqiqatçılar iştirak edə bilər. Konfrans materialları kitab şəklində çap olunacaq.

Konfransda elmi məruzələrlə iştirak etmək arzusunda olanlar üçün məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:

❖ Məqalə Azərbaycan dilində təqdim olunur.

❖ Mətn A4 formatında (210x297mm), Microsoft Word proqramında Times New Roman şriftlə yığılır (şriftin ölçüsü-12; sətirlərarası interval -1,5; kənardan məsafələr: soldan - 3 sm; sağdan - 1 sm; yuxarıdan və asağıdan - 2 sm), xülasə 100 - 150 sözdən, açar sözlər isə 5 sözdən artıq olmamalıdır.

❖ Məqalənin mətni minimum – 6 - maksimum - 8 səhifə həcmində olmalıdır.

❖ Mərkəzdə məqalənin adı (qalın şriftlərlə), növbəti sətirdə müəllifin elmi dərəcəsi, elmi adı, soyadı, adı və atasının adı (tam açıq şəkildə), onun altında isə müəllifin işlədiyi və ya təhsil aldığı müəssisənin adı (kursiv şriftlərlə), elektron ünvan və əlaqə telefonu yazılmalıdır.

❖ Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və AAK-in tələblərinə uyğun göstərilir.

❖ Məqalənin konfrans materiallarına daxil edilməsi Elm kömitəsinin müvafiq qərarı ilə müəyyən ediləcək. Zərurət yarandıqda Elm komitəsinin irad va qeydləri əsasında müəllif tərəfindən məqalə üzərində düzəliş edilərək, təkrar göndərilməsi nəzərdə tutulur.

❖ Elm kömitəsinin irad və qeydləri qəbul edilmədikdə, düzəliş edilərək, vaxtında göndərilmədikdə məqalə konfrans materiallarına daxil edilməyəcək.

❖ Materiallar antiplagiat proqramı ilə yoxlanılacaq.

❖ Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir məqalə qəbul edilir.

Konfrans materialları 15 aprel 2023-cü il tarixindən gec olmayaraq elektron formada asağıdakı e-ünvana göndərilməlidir:

Email:Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əlaqə: (012) 4927298

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay