A

UNEC-in Maliyyə və audit kafedrasının təşkilatçılığı ilə “Maliyyə risklərinin idarə edilməsi mexanizmi” mövzusunda elmi seminar keçirilib.

Kafedranın müdiri, professor Əvəz Ələkbərovun sədrliyi ilə keçirilən seminarda Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Seminarda Maliyyə və audit kafedrasının baş müəllimi, i.f.d Şəhla Əlicanova “Maliyyə risklərinin idarə edilməsi mexanizmi” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi maliyyə risklərinin növləri, maliyyə risklərinin yaranmasının əsas səbəbləri, risk menecmentinin nəzəriyyə və praktikasındakı əsas istiqamətlər, maliyyə risklərinin idarə edilməsinin məqsəd və vəzifələri, müəyyən edilməsi, qiymətləndirilməsi üsulları barədə məlumat verib. Mövzu ilə bağlı yaxın günlərdə yeni dərsliyin ərsəyə gəlməsini də iştirakçıların diqqətinə çatdırıb.

Çıxışdan sonra seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və maraqlı diskussiyalar aparılıb.

TOP XƏBƏRLƏR