Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və AHİTA-nin təşəbbüsü və Gənclik Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında Respublika Çempionatı keçirilir.
15-19 aprel tarixlərində keçirilən qızlar arasında voleybol yarısında UNEC komandası 11 komanda arasında qələbə qazanaraq, II yerə çıxıb.