A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ulu öndərin anadan olmasının 98-ci ildönümünə həsr olunan tələbələrarası futbol çempionatı keçirilib.

Yarışda ümumilikdə 18 komanda iştirak edib, finala isə 4 komanda vəsiqə qazanıb. “Alfa” “Xəzər” komandası ilə, “İqbal” komandası “Ragnarok FC” komandası ilə  fitbol meydançasında qalibiyyət uğrunda mübarizə aparıb.

“İqbal” və “Alfa” komandaları arasında oynanılan final matçında “İqbal komandası”  9-2 hesabı ilə qalib gəlib. III yer uğrunda mübarizədə “Xəzər” “Ragnarok FC” komandası ilə üz-üzə gəlib və yekunda “Xəzər” komandası 2-1 hesabı ilə üstələyərək qalib olub

Qalib komandanın üzvlərinə kubok, diplom və medallar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay