A

"İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyinin, İqtisadiyyat, Biznes və menecment fakültələrinin birgə təşkilatçılığı ilə "Bahar Kuboku" adlı futbol çempionatı keçirilib.

Çempionatda 8 komanda olmaqla 80-dən çox UNEC tələbəsi kubok uğrunda mübarizə aparıb. Bir ay davam edən çempionatın final mərhələsində İqtisadiyyat fakültəsinin "178.5" komandası qalib gəlib. Fakültənin "Hurricane" komandası isə 2-ci yeri qazanıb.

Oyunlar peşəkar hakim Müşfiq Seyidovun müşayiəti ilə keçirilib.

Qalib komandalarımızı təbrik edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay