A

UNEC Könüllüləri Təşkilatı və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tələbələrarası "Volunteer CUP-2" adlı voleybol turnirinə yekun vuruldu.

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlardan sonra oğlanlar arasında I yeri "Uğur " komandası , II yeri "Epic ", III yeri isə "Tufan" komandası qazanıb.

Qızlar arasında isə final görüşündə “Gryffindor” və “Poliqon” komandaları qarşılaşıb. Yarışın qalibi “Poliqon" komandası olub.

Sonda tələbələr kubok, medal və diplomlar təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay