A

UNEC-də Zəfər Gününə həsr olunan tələbələrarası şahmat turniri keçirilib.

Turnirdə 24 tələbə qələbə uğrunda gərgin və maraqlı mübarizə aparıb. Sonda Rus İqtisad Məktəbinin I kurs tələbəsi İmran Kəbirlinskiy qələbə qazanıb.

Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Əli Tanrıverdiyev II yerin, SABAH mərkəzinin tələbəsi Hüseyn Hacıyev isə III yerin sahibi olub.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan turnirin qaliblərinə medal və diplom təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay