A

UNEC-in 90 illik yubileyi çərçivəsində universitetin uğurlu məzunları ilə virtual görüşlər davam edir.

Budəfəki görüş UNEC-in Ekspertiza və standartlaşdırma fakültəsinin, eləcə də Magistratura Mərkəzinin məzunu, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılovla təşkil olunub.

Fakültə dekanı, dosent Tofiq Osmanov UNEC məzununun fəaliyyət istiqaməti, karyerə yüksəlişi, işlədiyi qurumlarda icra etdiyi vəzifələr barədə məlumat verib. Qida təhlükəsizliyi probleminin ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran T.Osmanov yeni tədris ilindən “Qida mühəndisliyi” ixtisası üzrə kadr hazırlığının həyata keçiriləcəyini bildirib.

Magistratura Mərkəzinin direktoru, professor Qabil Manafov Elxan Mikayılovun UNEC-də bakalar təhilisi ilə yanaşı, magistr təhsili almasını vurğulayaraq, onun fəlsəfə doktorluğu dissertasiyasını da UNEC-də müdafiə etdiyini nəzərə çatdırıb.

Agentliyin sədrinin müşaviri Elxan Mikayılov yüksək ixtisaslı mütəxəssis kimi yetişməsində böyük əməyi olan UNEC-in professor-müəllim heyəti ilə görüşməkdən məmnunluğu ifadə edib. O, Qida Təhlükəsizliyi Agentliyinin strukturu, vəzifə bölgüsü, qida təhlükəsizliyi sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin dəstəyi nəticəsində əldə edilən uğurlar barədə məlumat verib. Eyni zamand qida təhlükəsizliyi sahəsində aparılan geniş miqyaslı işlərdən və agentliyin gələcək planlarından danışıb.

Görüşün sonunda fakültə məzunu professor-müəllim heyətinin suallarını cavablandırıb, qida təhlükəsizliyi məsələləri ilə bağlı müzakirələrin aparılmasının hər iki tərəf üçün faydalı olacağını bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay