A

azeripress.az

08.05.2023 cü il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilmişdir.

Tədbir öncəsi filialın professor-müəllim heyəti və qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül dəstələri düzmüşlər. Konfrans öncəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Azərbaycan Respublikasının ümummilli Lider Heydər Əliyevin və respublikamızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ümummilli Liderin keçdiyi şərəfli həyat yolundan bəhs edən sənədli film nümayiş etdirilmişdir. Konfransı giriş sözü ilə açan filialın direktoru professor Orucəli Rzayev bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 ili tamam olur” Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023 cü-il “Heydər Əliyev İli” elan olunmuşdur. Azərbaycanın müasir tarixi, dünyanın siyasət arenasında xüsusi yer tutmuş görkəmli dövlət xadimi, əzəmətli,siyasi lider və şəxsiyyət,xalqımızın xilaskarı,müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra UNEC -in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru,professor Zahid Məmmədov çıxış edərək, qeyd etdi ki, Azərbaycan xalqının böyük oğlu, dünya Azərbaycanlılarının milli Lideri Heydər Əliyev tarix baxımından cismən bizdən uzaqlaşdıqca millətimiz üçün bu əvəzsiz itginin ağırlığı daha çox duyulmaqdadır. Ulu öndərin genişmiqyaslı,çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən,təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formlaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli mülahizə və müddəaları,sözün əsl mənasında tariximizin nadir incilərindəndir. Professor Zahid Məmmədov Azərbaycan Dövlət İqtisad Universiteti ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Peterburq şəhərində”Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransada”Azərbaycan ilə Rusiyaarasında strateji əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə etməsindən və məruzənin böyük rəğbərtlə qarşılanmasından söz açıb. Sonra Zaqatala şəhər icra hakimiyyətinin Humanitar işlər üzrə müavini Vəfa xanım Süleymanova məruzə ilə çıxış etmiş,konfransın işinə uğurlar arzulamışdır.

Konfransda Bakı Dövlət Universiteti,Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, ADP-nun Səki filialı, ADP nun Ağcabədi filialı,Bakı Qızlar Universiteti və bir neçə müəsisənin professor-müəllim heyəti online olaraq qoşulmuşlar. Plenar iclas sonrası Ümummilli Liderin 100 illiyinə həsr olunmuş,tələbələrin hazırladıqları “Heydər xalqım deyəcək, xalq Heydər söyləyacak” musiqili proqramla çıxış etmişlər. Konfrans öz işini bölmələr üzrə davam etdirmişdir.

Birinci bölmədə ” Regionun sosial-iqtisadi inkişafını sürətləndirilməsi məsələləri; nəticələr, çağrışlar,perspektivlər.

Moderator: ZİM rəhbəri Babək Alıyev (UNEC Zaqatala filialı)
Katib: Esmira Babayeva (UNEC Zaqatala filialı)
İkinci bölmədə “Ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsində fənlərarası inteqrasiya və informasiyaların rolu”
Moderator: Dos.Razıyev Səfər (UNEC zaqatala filialı)
Katib: Mətanət Məmmədova (UNEC Zaqatalaflialı)

TOP XƏBƏRLƏR