A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə “Respublikamızda içməli su problemləri və onun həlli yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov respublikamızda içməli su problemləri sahəsində təhsilalanlar və təhsilverənlər arasında maarifləndirmə işinin gücləndirilməsi istiqamətində təhsilalanlar arasında sudan səmərəli istifadə olunması ilə bağlı təbliğat işinin həyata keçirilməsi barədə məlumat verib.

Sonra UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimi Kəmalə Mustafayeva “Respublikamızda qlobal iqlim dəyişikliyinin içməli su ehtiyatlarına təsirinin mahiyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Kəmalə Mustafayeva iqlim dəyişikliyinin su ehtiyatlarının azalmasına ciddi təsir göstərdiyindən bəhs edib. O, quraqlığa səbəb olan yağışın olmaması, bəndlərin quruması, urbanizasiya və tullantılar, xüsusilə məişət tullantıları və digər amillər səbəbindən suya artan tələbatın ölkələri ciddi təhdid etdiyini tələbələrə çatdırıb. Ölkədə əhaliyə verilən içməli suyun təmizlənməsi məqsədilə dünyanın bu sahədə aparıcı şirkətlərinin ən son texnologiyalarını tətbiq etmək təklifini qeyd edib. Bu gün təbii su ehtiyatlarının qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulduğunu iştirakçıların nəzərinə çatdırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay