A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat, İqtisadiyyat və idarəetmə fakültələrində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay təcrübə proqramının təqdimatı keçirilib və “Vergi öhdəlikləri və onların yerinə yetirilməsi” mövzusunda təlim təşkil edilib.

Tədbirdə UNEC-in Rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov iqtisadi sahədə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması, vergi xidmətinin işinə marağın yüksəldilməsi, gələcəkdə vergi orqanlarına savadlı kadrların cəlb edilməsi Dövlət Vergi Xidmətinin təşkil etdiyi Yay təcrübə proqramının əhəmiyyəti barədə danışıblar və onun tələbələrin gələcək karyera inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbirdə Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin işə qəbul şöbəsinin müdiri Leyla Babayeva, böyük mütəxəssisi Aytən Mahmudlu və müfəttişi Ülvi Əlizadə geniş təqdimatla çıxış edərək tələbələrə keçiriləcək təcrübə proqramı haqqında ətraflı məlumat veriblər, proqramda iştirak üçün qeydiyyat prosesi və seçim mərhələləri barədə zəruri qeydləri çatdırıblar. 

Təqdimatdan sonra Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin baş müəllimi Tural Abbasov tərəfindən tələbələr üçün “Vergi öhdəlikləri və onların yerinə yetirilməsi” mövzusunda təlim keçirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay