A

Tələbə rektor olmaq istəyən namizədləri təqdim edirik.

fdcf11d0d10d4be89cdbf11337ca03a5Aysel Rzazadə

10 fevral 2003-cü ildə Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə 69 nömrəli tam orta məktəbə daxil olmuş, 2013-cü ildən isə təhsilimi 310 nömrəli tam orta məktəbdə davam etdirmişəm.

2020-ci ildə UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin "İqtisadiyyat" ixtisasına qəbul olmuşam. Hazırda 3-cü kursda təhsil alıram.

2020-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" layihəsində respublika üzrə II yerə layiq görülərək, Elm və Təhsil Nazirliyi tərəfindən ll dərəcəli diplomla təltif olunmuşam. 2020-2022-ci illərdə UNEC THİK və İTD İctimai Birliyinin idarə heyətində İntellektual oyunlar klubunun direktoru, fakültə sədri, sədr müavini, PR meneceri və digər istiqamətlər üzrə fəaliyyət göstərirəm.

2022-ci ildə "Formula-1" Azerbaijan QP könüllüsü olmuşam, eləcə də "Atəşgah Sığorta" şirkətində təcrübə keçmişəm. "İntern Academy - 2022" layihəsinə seçilən 100 gəncdən biriyəm. Layihə çərçivəsində Elm və Təhsil Nazirliyinin "Audit" şöbəsində təcrübədə olmuşam.

Hazırda isə "XXl Əsr Təhsil Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi" layihəsində UNEC-i təmsil edən gənclərdən biriyəm.

IMG 20230516 WA0210Aysu İbrahimli

2004-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 71 nömrəli tam orta məktəbdə almışam. 2021-ci ildə UNEC-in Maliyyə və mühasibat fakültəsinə qəbul olmuşam. Hazırda UNEC-in SABAH mərkəzinin II kurs tələbəsiyəm.

Bir çox tədbirlərdə fəali iştirak edərək, sertifikatlar və fəxri fərmanlarla təltif olunmuşam. ATİAHİ-nin mükafatına və  Fəxri fərmanına layiq görülmüşəm. 2022-ci ildə "Partners and business" yerli şirkətlərin tanıtım sərgisində komandanın aktiv fəaliyyətinə görə qrup rəhbəri olaraq sertifikatla təltif olunmuşam.

Fəaliyyətimi Tələbə-rektor olaraq davam etdirmək istəyirəm. Tələbə-rektor seçiləcəyim təqdirdə tələbələrin universitetin sosial-ictimai həyatında daha aktiv fəaliyyət göstərmələrini təmin edəcəm. Hər birinizin dəstəyini gözləyirəm.

IMG 20230516 WA0104Bənzərim Baxışov

22 oktyabr 2002-ci ildə Ağcabədi şəhərində anadan olmuşam. 2009-2020-ci illərdə Ağcabədi şəhər M.Əsədov adına 5 nömrəli məktəb-liseydə təhsil almışam. 2020-ci ildə qəbul imtahanında 413,8 bal toplayaraq, UNEC-in İqtisadiyyat və idarəetmə  fakültəsinin ”İqtisadiyyat” ixtisasına qəbul olmuşam. Hazırda 3-cü kursda təhsil alıram. Ümumi Orta Müvəffəqiyyət Göstəricim 93.54-dür.

Təhsil aldığım dövrdə UNEC-in sosial-ictimai həyatında, eyni zamanda İqtisadiyyat və idarəetmə fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin tədbirlərində fəal iştirak etmişəm. Universitet rəhbərliyi tərəfindən diplom, sertifikat və təşəkkürnamələrlə təltif olunmuşam. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş UNEC tələbələrarası intellektual oyunda II yerə layiq görülmüşəm. Ulu öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “İqtisadiyyat“ kafedrasının və İqtisadiyyat və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən ”Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda məqalə müsabiqəsində “Heydər Əliyev: İqtisadi strategiya modeli” adlı məqaləmlə II yerə layiq görülmüşəm.”Ümummilli lider Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda UNEC-də tələbələr arasında keçirilmiş bilik yarışında II yeri qazanaraq, diplomla təltif olunmuşam. F3 “Maliyyə Uçotu” təlimində iştirak etmiş və 96 bal toplayaraq, diploma layiq görülmüşəm. Mərkəzi Bank tərəfindən keçirilən ”Kapital bazarlarının əsasları” təlimində iştirak etmişəm. 2021-2022-ci tədris ilində 95.58 ÜOMG ilə ixtisas birincisi olmuşam.

Platformam:

  1. UNEC ailəsi olaraq, tələbələrimizə sorğu əsasında onların inkişafına tövhə verəcək təlimlərin və tədbirlərin həyata keçirilməsi.
  2. Daim tələbələrin yanında olmaq, onların tələb və təkliflərini dinləmək və onlar üçün optimal variantların həyata keçirilməsi.
  3. Tələbələrimizin ölkə daxilində və xaricində onların olimpiadada, bilik yarışlarında iştirakının təmin edilməsi.
  4. Hər fakültə və ixtisaslarda semestr imtahanlarında ən yüksək nəticə göstərmiş ilk üç tələbənin daha da stimullaşdırılması üçün mükafatların verilməsini təmin etmək.
  5. Tələbələrimiz arasında əlverişli sosial mühitin formalaşdırılması.
  6. Sosial şəbəkələrdə sosial birliyin formalaşdırılması.
  7. Tələbələrin haqsızlıqla üzləşdiyi zaman onların problemlərinin obyektiv surətdə həll olunması.

 IMG 20230516 WA0117Mənzər İsmayılova

24 avqust 2003-cü ildə Bakı şəhərində anadan olmuşam. UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 3-cü kurs tələbəsiyəm. C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbini (7 illik) pianino və xanəndəlik üzrə müvəffəqiyyətlə bitirmişəm.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uşaq hüquqları müdafiəçisi kimi fəaliyyət göstərmişəm, forumların aktiv iştirakçısı olmuşam. Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin üzvü, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin təcrübəçisi, Yeni Azərbaycan Partiyasının fəal gənciyəm. UNEC TGT-nin İqtisadiyyat fakültəsi üzrə sədr müavini olaraq fəaliyyət göstərirəm.

UNEC-in Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə çap edilən “Tezislər” kitabında 1 tezis müəllifiyəm. Beynəlxalq Tələbə elmi-konfransında məqaləm dərc olunub. "Yeni Ulduz" mahnı yarışının Qaradağ rayonu üzrə birincisi, bir sıra Fəxri Fərman və ilin "Əlaçı şagirdi" kimi mükafatlarnan təltif olunmuşam.

Tələbə-rektor namizədi olaraq, ən əsas məqsədim seçildiyim təqdirdə, tələbələrimiz üçün şərait yaradıb, daha sosial cəhətdən aktiv mühit formalaşdıraraq, hər kəsin maraq dairəsinə uyğun tədbirlər planı həyata keçirməkdir. Həyata keçirəcəyim tədbirlər planının bir hissəsinə gələcəkdə iş imkanlarının əldə edilməsi, beynəlxalq səviyyəli şirkətlərdə fəaliyyət göstərmək yönümlü və universitetdaxili təşkilatlardan doğru yararlanaraq üstünlüklər əldə etmək aiddir.

Dəyərli UNEC tələbələri, mənə verəcəyiniz səs qeyd etdiklərimin yazıda qalmayıb real olacağının təminatçısı olacaqdır.

 IMG 20230516 WA0158Kamil Paşabəyli

2003-cü ildə Qəbələ şəhərində anadan olmuşam. 2009-2010-cu illərdə Bakı şəhər 6 nömrəli məktəbdə, 2010-2018-ci illərdə Bakı şəhər 200 nömrəli məktəb-lisey kompleksində, 2018-2020-ci illərdə isə Qəbələ şəhəri Abrıx kənd tam orta məktəbində orta təhsil almışam.

2020-ci ildə UNEC Biznes və menecment fakültəsinin “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbul olmuşam. 2021-ci ildən isə SABAH qruplarında təhsil alıram. Hazırda 3-cü kurs tələbəsiyəm. ÜOMG 92.93-dür.

Təhsil aldığım dövrdə UNEC-in sosial-ictimai həyatında fəal iştirak edib, universitet rəhbərliyinin və tələbələrin rəğbətini qazanmışam. 2-ci dərəcəli peşəkar yarışçıyam, şahmat klublarının yarışlarında aktif iştirak etmişəm. 

Bakı Nəqliyyat Agentliyində 5-ci nəqliyyat könüllüsü kimi Strateji İnkişaf və Planlaşdırma şöbəsində təcrübəçi olmuşam. Ətraf mühitin qorunması ilə ictimai nəqliyyatın inkişafı üçün Ekologiya Nazirliyinə layihə təqdim etmişəm.

IMG 20230516 WA0166Nərgiz Əsgərova

2002-ci il 12 oktyabrda Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbdə, 2010-cu ildən etibarən təhsilimi Bakı şəhəri Nizami rayonu 10 saylı tam orta məktəbdə davam etdirmişəm. Təhsilimlə yanaşı, üzgüçülük yarışlarına qatılmışam. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən üzgüçülük yarışlarında 1-ci, 2-ci və 3-cü yerlərə layiq görüldüyüm üçün Fəxri fərman və diplomlarla təltif olunmuşam.

2020-ci ildə UNEC İqtisadiyyat və idarəetmə fakültəsinin “Statistika” ixtisasına qəbul olmuşam. YAP-ın üzvüyəm, UNEC THİK-in, TGT-nin, TEC-in, DGH-ın üzvüyəm və keçirilən təlimlərdə aktiv olaraq iştirak edirəm. 2021-ci il tarixində ATGTİ, Gənclərin İnkişaf və Karyera mərkəzinin və E-braindesign onlayn akademiyasının birgə təşkilatçılığı ilə keçirilən GƏLƏCƏK forumunda iştirak etmişəm.

E-braindesign onlayn akademiyasında İctimaiyyətlə Əlaqələr (PR) üzrə 3 aylıq təcrübəçi menecer olaraq fəaliyyət göstərmişəm və rəhbərlik tərəfindən sertifikatla təltif olunmuşam. 2021-ci ilin sentyabr ayında UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin fakültə üzrə PR meneceri olmuşam.

2022-ci ilin aprel ayından bu günə qədər UNEC Kitabxana İnformasiya Mərkəzində könüllü tələbə olaraq fəaliyyətimi davam etdirirəm.

 “Heydər Əliyev və Azərbaycan Təhsili” mövzusunda Tələbə Elmi-Praktiki konfransında elmi rəhbərim Natavan Babayeva ilə birgə müəllif olduğumuz məqaləni konfransda təqdim edib sertifikat əldə etmişəm.

Atəşgah Sığorta ASC-də, təcrübə proqramında iştirak etmişəm. Gəncə KOB İnkişaf Mərkəzi tərəfindən “Layihələrin yazılması və idarə olunması”, “İnvestisiya Təşviqi” adlı təlimlərdə iştirakçıyam.

2022-ci ildə Azərbaycan HİK-in və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş I Beynəlxalq Tələbə Elmi-Praktik Konfransında iştirak edib, elmi rəhbərim Pərviz Rüstəmov ilə birgə müəllif olduğumuz məqaləni konfransda təqdim edib, sertifikatla təltif olunmuşam.

2022-2023-cü tədris ilində UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin brend tələbəsi seçilmişəm. 2022-2023-cü tədris ilindən İqtisadiyyat və idarəetmə fakültəsinin tələbə mentoruyam.

Universitetdaxili və universitetxarici 200-dən çox beynəlxalq və yerli tədbir və konfransların təşkilati heyətində yaxından iştirak etmişəm. Bundan sonrakı fəaliyyətimi UNEC-in Tələbə-rektoru olaraq davam etdirmək istəyirəm.

Dəyərli UNEC tələbələri, hər birinizin dəstək olacağınızı ümid edirəm.

IMG 20230516 WA0184İlahə Sultanova

16 noyabr 2003-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. 2009-cu ildə Sumqayıt şəhəri 22 saylı tam orta məktəbdə,  2010-cu ildə “Bülbül” adına 2 saylı uşaq incəsənət məktəbində fortepiano ixtisası üzrə təhsil almışam. 2020-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurmuşam.

 UNEC-in Dizayn Məktəbi fakultəsinin “Dizayn” ixtisasına daxil olmuşam.

l kursdan etibarən universitet tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak etmişəm. Bundan sonrakı fəaliyyətimə UNEC-in Tələbə rektor olaraq davam etmək istəyirəm.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay