A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “İnsan hüquqları haqqında biliklərin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev insan hüquqlarının qorunması və davamlı olaraq təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən siyasətdən bəhs edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil, SN Legal Company MMC-nin icracı direktoru Nərmin Əliyeva çıxış edərək, insan hüquqlarının qorunmasının müasir dövrdə ən aktual məsələlərindən biri olduğunu, hazırda və gələcəkdə onların qarşılaşa biləcəyi müxtəlif məqamlarda bilməli olduqları ən vacib hüquqi bilgiləri diqqətə çatdırıb, ləyaqət, ədalət, bərabərlik və hörmət kimi ortaq dəyərlərə əsaslanan insan hüquqlarının qanunlarla müəyyən edildiyini və qorunduğunu bildirib.

Diskusiya şəklində davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay