×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələri və Dizayn Məktəbinin professor-müəllim və tələbə heyətinin iştirakı ilə “İnsan hüquqları aylığı” ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov bildirib ki, sivil cəmiyyətdə insan hüquqlarının aliliyi qorunduğu kimi, ölkəmizin rəhbərliyi tərəfindən də insan hüquqlarının qorunmasının daim diqqət mərkəzində saxlanılır. Hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları Aylığı çərçivəsində müxtəlif qurumlar arasında insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq UNEC-də insan hüquqları ilə bağlı silsilə tədbirlərin təşkil olunduğu, məsələ ilə bağlı informasiya resurslarının, sosial çarxların hazırlanaraq paylaşıldığı haqqında Elçin Səmədov məlumat verib.

Daha sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov çıxış edərək, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin insan hüquqları sahəsində gördüyü işlərdən, fəaliyyətindən, bu sahədə vətəndaşlarımıza göstərilən dövlət qayğısından geniş bəhs edib.

Sonda tələbələrin sualları qonaqlar tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR