“EY Azərbaycan” şirkəti və UNEC Karyera mərkəzinin birgə əməkdaşlığı ilə tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunan “Audit School” proqramı başa çatıb.
Proqrama qatılan 39 iştirakçıdan 29 nəfəri UNEC tələbəsi olub. Proqram çərçivəsində tələbələrə audit fəaliyyəti barədə məlumat verilib, eləcə də praktiki məşğələlər vasitəsilə komanda şəklində işləmək bacarıqları aşılanıb. Tələbələr “EY Azərbaycan” şirkətində iş prosesini müşahidə etmək imkanı da əldə ediblər.
8 günlük təlimin sonunda tələbələrin IQ və Accounting üzrə bilikləri test üsulu ilə qiymətləndirilib. “EY Audit School” proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Təlimlərdə UNEC tələbələri ilə yanaşı, ADA, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbinin, həmçinin Türkiyənin Koç Universitetinin tələbələri də iştirak ediblər.