A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində (TÜDİFAK) 18 oktyabr- Müstəqilliyin Bərpası Gününün 32-ci ildönümünə həsr olunan açıq dərs keçirilib.

Açıq dərsdə TÜDİFAK-ın dekan müavini Cavahirxanım Məmmədova çıxış edərək, ölkəmizin müstəqillik tarixində olan çətinliklərdən, xalqımızın milli azadlıq mübarizəsindən, müstəqilliyimizi şərtləndirən amillərindən danışıb. C.Məmmədova müstəqilliyimizin siyasi və iqtisadi sütunlarının getdikcə möhkəmləndiyini, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillərin qorunub saxlandığını, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay