A

UNEC-in Biznes və menecment fakültəsində 12 noyabr-Konstitusiya Gününə həsr edilmiş seminar keçirilib. 

Seminarda “İqtisadiyyat” kafedrasının baş müəllimi, hüquqşünas Elza Əhmədova məruzə ilə tələbələr qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasının tarixindən, ən ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı rolundan, Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən, eləcə də Azərbaycanın hazırki inkişafından və əldə olunan nailiyyətlərdən danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.                               

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay