A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “12 Noyabr- Konstitusiya Günümüzdür” mövzusunda seminar keçirilib.

Seminar Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olduğunu, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açdığını, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla, ölkə həyatının bütün sahələrinin inkişafına təkan verdiyini bildirib.

Seminarda “İqtisadiyyat” kafedrasının dosenti Ərəbiyyə Mustafayeva “12 Noyabr – Konstitusiya Günümüzdür” mövzusunda çıxış edib. O, Azərbaycan Respublikasının Konstitusiyasının tarixindən, ən ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm rolundan, Konstitusiyaya edilən əlavə dəyişikliklərdən, eləcə də Azərbaycanın hazırki inkişafından və əldə olunan nailiyyətlərdən danışıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay