A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Bank tərəfindən tələbələr üçün məlumatlandırıcı sessiya keçirilib.

Bankın əməkdaşları Nigar İsayeva, Zəhra Naxçivani və Səbinə Məmmədova təqdimatla çıxış edərək bankın fəaliyyəti, təcrübə proqramları, işəqəbul prosesi barədə məlumat veriblər. Eyni zamanda gənclərin uğurlu karyera yolunda inamla irəliləməsinə təkan verilməsi məqsədi ilə bank tərəfindən həyata keçirilən "Maliyyəçisən" adlı təcrübə proqramından da danışıblar. Qeyd olunub ki, proqramda bakalavr və magistr səviyyəsi üzrə 2-ci və daha yuxarı kursların iqtisadiyyat, maliyyə, statistika, biznesin idarə edilməsi, dövlət idarəçiliyi ixtisaslarından olan tələbələri iştirak edə bilərlər.

İnfosessiyada tələbələri maraqlandıran suallar da cavablandırılıb

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay