A

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə SABAH qruplarının tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisindəki “Heydər zirvəsi”nə yürüş ediblər.

Yürüşdə UNEC-in SABAH qruplarının 3-cü kurs tələbəsi Orxan Əsədov da iştirak edib. Tələbələr dəniz səviyyəsindən 3 min 751 metr hündürlükdəki zirvədə “SABAH” qruplarının bayrağını dalğalandırıblar.

Yürüş iştirakçılarına sertifikatlar verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay