A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb.

Azərbaycan Tibb Universitetinin “Ailə təbabəti” kafedrasının assistenti Lalə Qasımova “Sağlam həyat tərzi və reproduktiv sağlamlıq” mövzusunda geniş təqdimatla çıxış edərək, tələbələrə sağlam həyat tərzinin əsas amillərindən söz açıb, gənc yaşlarda reproduktiv sağlamlığı qorumağın vacibliyini qeyd edib, zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, reproduktiv sağlamlığın əsas amilləri, fərdi gigiyena qaydaları, ailə planlaşdırılması barədə ətraflı məlumat verib, erkən nikahların fəsadlarından bəhs edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara sağlamlığın qorunması və sağlam həyat tərzi barədə tibbi tövsiyələr verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay