A

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası çərçivəsində hər il keçirilən konfranslardan biridir. Hər il dünyanın hər yerindən hökumət rəsmiləri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərməklə, yaşıl enerji siyasətinə qlobal dəstəklərini ifadə edirlər.

Tərəflər Konfransının 29-cu sessiyasının 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi nəticəsində  iki həftə ərzində ölkəmiz dünyanın diqqətində olacaq və Bakı şəhərinin təqribən 70-80 min xarici qonağı qarşılayacağı proqnozlaşdırılır. İrimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi böyük məsuliyyətdir. Turizm sənayesi qeyri-neft sektorunun əsas istiqamətlərindən biri hesab edilməklə, milli iqtisadiyyatının inkişafında, Azərbaycanın destinasiyalarda və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən birinə çevrilməsində, məşğulluğun təmin olunmasında, innovativ texnologiyaların tətbiqində, beynəlxalq ticarət əlaqələrinin və logistika imkanlarının genişləndirilməsində, əlverişli biznes mühitinin yüksəldilməsində müstəsna əhəmiyyətə malikdir. Qeyd olunanları əsas götürərək proqnozlar  Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının turizm sektoruna təsirsiz ötüşməyəcəyindən xəbər verir. COP29 kimi beynəlxalq səviyyəli, sanballı və nüfuzlu tədbirlər müasir infrastruktura malik olan sabit və təhlükəsiz ölkələrdə keçirilir. Xarici qonaqların ən yüksək səviyyədə qarşılanması, onların xidmətində durmaq və xoş təəssüratla öz ölkələrinə dönmələrini təmin etmək qarşıda duran əsas vəzifələrdəndir.

COP29 tədbirləri Azərbaycanda ekoloji turizmin inkişafının hərəkətverici qüvvəsi hesab edilir. Turizm potensialı yüksək olan Azərbaycanın il ərzində 5 milyondan çox turisti qəbul etmək imkanları mövcuddu Azərbaycanda 800-dən artıq mehmanxana fəaliyyət göstərir. Bakı şəhəri 2024-cü il 11-24 noyabrda dünyanın ekoloji mərkəzi olmaqla, bəşəriyyətin ən qlobal problemi hesab edilən  iqlim dəyişikliyi nəticəcində fəlakətlərdən xilas yollarının müzakirə ediləcəyi məkana çevriləcək. Turizm agentlikləri tərəfindən  tədbir zamanı Bakıya gələn xaricilərin hotellərə yerləşdirilməsi, istirahətlərinin səmərəli təşkili, paytaxtımızla və regionlarla tanışlıq kimi məsələləri diqqətdə saxlamaqla, fəaliyyətlərində həssaslıq nümayiş etdirməlidirlər. Ekoturizm yaşıllaşdırma, dayanıqlı inkişaf, bəşəriyyəti xilas  etməyin əsas yollarından biri olmaqla, ətraf mühitə qayğını və diqqəti özündə ehtiva edir. COP29-un fəaliyyət növlərindən biri olan ekoturizmin digər turizm növlərindən əsas fərqi ətraf mühitin qorunmasının hədəflənməsi, təbiətdən zövq almağa münbit şərait yaratmasıdır. Ekoturizm və COP29 eyni məqsədə xidmət etdiyi üçün Azərbaycanın turizm sənayesi bu istiqaməti mütləq nəzərə almalıdır.

Dövlət Turizm Agentliyi COP29-a təşrif  buyuracaq qonaqlara keyfiyyətli turizm xidmətlərinin təşkili ilə bağlı planları açıqlayarkən Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda 300-ə yaxın yerləşmə vasitəsinin 2000-ə yaxın əməkdaşına xidmət keyfiyyətinin artırılması məqsədilə peşə təlimlərinin keçirilməsi işlərinə başlanılmasını qeyd edib. 200 turizm bələdçisinə təlimlər keçirilməklə, müvafiq sertifikatların verilməsi, 1000-ə yaxın turizm könüllüsünun dəstək məqsədilə hotellərə təhkim olunması nəzərdə tutulub. Ölkə ərazisində olan parklar və qoruqlarda yerləşən mədəniyyət abidələrində abadlıq işlərinin aparılması, infrastrukturun yenilənməsi, qeyd edilən ərazilərə tur proqramlarının hazırlanması tədbirləri həyata keçirilir. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən olmaqla, ekoloji turizm imkanlarının artırılmasında mühüm rol oynayacaq.

Leyla Quliyeva,

UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin “Menecment” ixtisası üzrə tələbəsi

 

TOP XƏBƏRLƏR