A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Azərbaycanda təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin hüquqi bazasının yaradılması ilə bağlı təkliflər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə “İqtisadiyyat” kafedrasının dosenti Müslüm Mürsəlov çıxış edərək qeyd edib ki, son illər Azərbaycan təhsil sistemində müəyyən müsbət dinamika müşahidə edilsə də, sahə hələ də bir sıra ciddi problemlərlə üzləşir. O, bildirib ki, hazırda təhsildə dövlət-özəl tərəfdaşlığının hüquqi bazası tam formalaşmayıb və birbaşa deyil, daha çox investisiya qanunvericiliyi, “Təhsil haqqında” qanun, dövlət satınalmaları, vergi və büdcə qanunları kimi müxtəlif normativ aktlar vasitəsilə dolayı şəkildə tənzimlənir.

Dosent həmçinin Azərbaycan təhsilinin güclü tərəflərinə də toxunub. O, rəqəmsallaşma sahəsində irəliləyişləri – e-dərsliklər və elektron imtahanların genişlənməsini, şagirdlərin olimpiada və beynəlxalq müsabiqələrdə əldə etdiyi nailiyyətləri, eləcə də özəl məktəblərin IB və Cambridge kimi beynəlxalq proqramlara qoşulmasını mühüm inkişaf göstəriciləri kimi vurğulayıb.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay