UNEC-in Biznes və menecment fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş iqlim dəyişikliyi mövzusunda (COP29) tələbələrarası intellektual yarış keçirilib.  

Yarışdan öncə vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli lider Heydər Əliyevin ölkəmizin və gənclərimizin gələcəyini düşünərək gördüyü işlərindən bəhs edilib.

Güclü rəqabətin olduğu intellektual yarışda 1-ci yeri “Dəmir Yumruq” komandası, 2-ci yeri “Gənc Türklər” və 3-cü yeri “Qarabağ” komandası qazanıblar. Qalib komandalar medal və diplomlarla təltif olunublar.

TOP XƏBƏRLƏR