A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və UNEC Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “GREEN UNECAMP” yaz düşərgəsi təşkil olunub.

Düşərgənin məqsədi ətraf mühitin qorunması, yaşıllıqların bərpası, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində tələbələrin  və onların  asudə vaxtlarının səmərəli keçirilməsi olub.

Layihə çərçivəsində UNEC THİK-in sədri İlkan Əliyev tələbələrə düşərgənin proqramı barədə məlumat verib. Sonra UNEC Biznes Məktəbinin və SABAH mərkəzinin müəllimi Yusif Musayev “Qlobal çağırışlar və Azərbaycan nümunəsi” mövzusunda təqdimatla çıxış edib. İnteraktiv sual-cavab formatında keçirilən təqdimat zamanı tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra “Ekoloji Genosid” sənədli filmi nümayiş olunub. Azərbaycan rəssamlarının əsərlərindən ibarət rəsm masterklassı, futbol, voleybol və intellektual yarışlar keçirilib.

Düşərgədə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri bir-birindən maraqlı ifaları ilə çıxış ediblər.

Maraqlı və səmərəli təşkil olunmuş yaz düşərgəsində fəal iştirak edən tələbələrə sertifikat, kubok və medallar təqdim olunub.

TOP XƏBƏRLƏR