Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və İqtisadçı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” formatında təşkil olunan "Gənc İqtisadçı Liqası" turnirinin yaz mövsümü yekunlaşıb.
6 tur sonunda birinci yerin qalibi uğurlu oyunla yadda qalan "CHE" komandası oldu. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq "Finise" və "CeroCeroCiente" komandaları tutub.