A

UNEC-də “Magistraturaya Sənəd Qəbuluna Dəstək Mərkəzi”ndə qeydiyyat prosesində fəal iştirak etmiş könüllü tələbələrin mükafatlandırılması olub.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev könüllü tələbələrə sənəd qəbulunda göstərdikləri dəstək üçün təşəkkürünü bildirərək, qeydiyyat prosesi zamanı müraciətlərin operativ və dəqiq şəkildə aparıldığını diqqətə çatdırıb. Qeydiyyat prosesinin uğurla yekunlaşdığını bildirən THİK sədri tələbələrə hər zaman universitetin ictimai-siyasi həyatında fəal olmağı tövsiyə edib.

Sonra THİK könüllülərinə UNEC rəhbərliyinin “Təşəkkürnamə”ləri təqdim olunub.    

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay