A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsi, Rus İqtisad MəktəbiTürk Dünyası İqtisad Fakültəsində İqtisadçı Vətənpərvərlər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti ilə birgə 27 Sentyabr - Anım Gününə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım Günündə Rus İqtisad Məktəbinin direktoru dos.Mənsur Bərxudarov, TUDİFAK-ın dekanı Yusif Əliyev, İqtisadiyyat və İdarəetmə fakültəsinin katibi dos.Pərviz Səmədov eləcə də İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Xədicə Nuriyeva və sədr müavini Ziyad Ağayev Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadət göstərən əsgər və zabitlərimizin düşmənə sarsıdıcı zərbələr endirməsindən, bir yumruq kimi birləşən xalqımızın əzm və iradəsindən, həmrəyliyindən danışıblar.

Tədbirdə iştirak edən II Qarabağ müharibəsinin qaziləri Alim Qasımzadə, Paşa Ələsgərov, Xankişi Yusifov isə keçdikləri şərəfli döyüş yollarından söz açaraq, xatirələrini bölüşüblər.

Sonda II Qarabağ müharibəsinə aid video çarx təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay