A

UNEC-də növbəti kitab müzakirəsi  Mühəndislik fakültəsinin "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müəllim və tələbələri arasında keçirilib.

Kafedranın dosenti Azər Məmmədov "Materiallar mühəndisliyi" ixtisasının müəllim heyəti ilə birlikdə bu ixtisasda təhsil alan tələbələr üçün William D.Callister və David G. Rethwisch müəllifliyi ilə hazırlanmış və türk dilinə tərcümə edilmiş "Malzeme Bilimi ve Mühendisliği" kitabının müzakirələrini təşkil edib.

A.Məmmədov kitabın əhəmiyyətindən danışaraq, tədris vəsaitinin müvafiq ixtisas üzrə təhsil alan tələbələrin peşəkar mühəndis kimi yetişməsindəki rolundan danışıb.

Sonra kafedranın dosenti Nazilə Alverdiyeva, kafedranın müəllimi Qənirə Cabbarova çıxış edərək, tələbələrə ixtisasları üzrə araşdırmalar aparmağı, yeni biliklər və təcrübələr qazanmağı tövsiyə ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay