A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Zaqatala filialında COP29 çərçivəsində “Yaşıl dünya həmrəylik ilinin elan edilməsi" mövzusunda seminar keçirilib.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarı giriş sözü ilə Tədris və elmi işlər üzrə direktor müavini dosent Həqiqət Qədimova açaraq, dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların mənfi təsirlərindən bəhs edib. 

Sonra" İqtisadiyyat və İdarəetmə" bölməsinin müəllimi Zümrüd  Kahayeva COP29-un əhəmiyyəti, onun əsas məqsədləri barədə məlumat verib, iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə dair innovativ yanaşmaları tələbələrlə birlikdə müzakirə edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay