A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 12 Noyabr – Konstitusiya Günü münasibətilə “Konstitusiya – dövlətin Əsas Qanunudur” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, 1995-ci ilin noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd edib.

Seminarda “İqtisadiyyat” kafedrasının dosenti Ərəbiyyə Mustafayeva “Konstitusiya – dövlətin Əsas Qanunudur” mövzusunda çıxış edib. O, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə referenduma çıxarılan Konstitusiyamızın dövlətin fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etdiyini bildirib. Konstitusiyanın qəbulundan sonra ölkədə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqları sahəsində əhəmiyyətli dəyişikliklərin baş verdiyi vurğulayıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR