A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində 12 Noyabr- Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri fakültənin dekan müavini dos.Müşrəvan Əliyev açaraq, tələbələrə Konstitusiyanın yaranma tarixindən, əhəmiyyətindən danışıb.

Daha sonra “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova bildirib ki, müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. O, qeyd edib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay