“Könüllü DOST” proqramının 5 illiyi münasibətilə ADA Universitetində “Sosial sahədə Könüllülük -2” forumu keçirilib.
"Könüllü DOST" proqramının təşkilatçılığı ilə baş tutan forumda UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, UNEC Könüllüləri təşkikatının sədri Xatirə Talıbzadə iştirak ediblər.
Forumda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, ADA Universitetinin prorektoru, millət vəkili Fariz İsmayılzadə çıxış edərək daim genişlənməkdə olan könüllülük hərəkatının əhəmiyyətindən bəhs ediblər.
“Sosial sahədə Könüllülük-2” Forumu panel müzakirələrlə davam edib. “Könüllülük – Bərabər imkanlar, sosial ədalət və inklüzivlik” adlanan ilk panel iclası 5 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyevin moderatorluğu ilə keçirilib.
Hər iki panel iclasın sonunda sual-cavab sessiyası keçirilib.