UNEC-in Maliyyə və mühasibat fakültəsində “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlim keçirilib.
Təlimdə fakültənin dekanı dosent Hafis Hacıyev çıxış edərək, ölkəmizdə uşaqların problemlərinin həllinə həmişə böyük diqqətin yetirildiyini, onların hərtərəfli inkişafına şəraitin yaradılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini bildirib. O, təlimdə müstəqilliyi bərpa ediləndən sonra Azərbaycanın qoşulduğu ilk mühüm sənədlərdən birinin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası olduğunu qeyd edib.
“İqtisadiyyat” kafedrasının dosenti Ərəbiyyə Mustafayeva çıxış edərək, uşaq hüquqları haqqında qanunvericiliyin və qəbul olunmuş beynəlxalq sənədlərin müəyyən etdiyi məsələlərin, uşaq yaşlarından psixoloji hazırlılığın aşılanmasının vacibliyini vurğulayıb. O, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, münaqişələrdən və dini ekstremizmdən əziyyət çəkmiş uşaqlara, onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi məsələləri barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.