UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) əməkdaşları universitetin məzunu şəhid Ülvi Hacıyevin ailəsini ziyarət ediblər.
20 Yanvar - Ümümxalq Hüzn Gününün 35-ci ildönümü ərəfəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Ülvi İsmayılovun ailəsi ziyarət olunub. Şəhidin anası Həmidə xanım Ülvinin xidmətlərini və qazandığı təltifləri təqdim edərək, onun həyat yolu və xatirələri ilə bağlı fikirlərini departamentin əməkdaşları ilə bölüşüb.
Universitetin əməkdaşları həmçinin Ülvi İsmayılovun qəhrəmanlığını əbədiləşdirmək məqsədilə yaradılmış “Ülvi bulağı”nı da ziyarət ediblər.