A

İyulun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetdə yeni seçilən tələbə-rektor Şahin Həsənovla görüşüb.

Görüşdə Ə.Muradov UNEC-in hədəflərindən söz açıb, yeni tədris ilində həyata keçiriləcək layihələr barədə danışıb. Tələbə-rektorun UNEC-də fəaliyyət göstərən tələbə təşkilatları ilə daha sıx şəkildə fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb, birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd edilib. Görüşdə tələbə-müəllim münasibətlərinin daha da yaxşılaşdırılması yolları müzakirə edilib. Valideynlərlə görüşlərin daha da intensivləşdirilməsinin üstünlüklərindən danışılıb və qərara alınıb ki, yeni tədris ilindən valideynlərin auditoriyada dərs prosesini izləmələri təmin edilsin.

Müxtəlif bilik yarışlarının və intellektual oyunların sayının artırılması, gənclərin motivasiyası, tələbə özünüqiymətləndirmə sisteminin daha da təkmilləşdirilməsi və “Tələbə senatı”nın yaradılması da görüşün müzakirə mövzusu olub. Rektor bildirib ki, “Tələbə senatı” tələbələrin problemlərinin həllində vacib rol oynaya bilər.

Sonda rektor UNEC-in yeni tələbə-rektoruna fəaliyyətində uğurlar arzulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay