A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin bilik, məntiq və komanda işini sınamaq məqsədilə açıq havada ilk dəfə “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.

Yarış 1/4 final, yarımfinal və final mərhələlərindən ibarət olub.

Qalib komandalar:

I yer – Beynəlxalq İqtisadiyyat Məktəbi
Üzvlər: Nəzrin Babayeva, Mirəli Seyidov, İbrahim Ağazadə, Ədalət Əlizadə

II yer – Biznes və Menecment fakültəsi
Üzvlər: İsmayıl Məmmədli, Namik Xəlilov, Əvəz Quliyev, Rəsul Sadıqov

III yer – Mühəndislik fakültəsi
Üzvlər: Fidan Novruzova, Hökumə Qarayeva, Əli Musayev, Axsura Məhərrəmova

Yarış zamanı iştirakçılar üçün soyuq çaylar və dondurma ilə fasilə təşkil olunub. Qalib komandalar “Euroacs”, “Kitabevim.az” və “Apar” şirkətlərinin təqdim etdiyi texnoloji məhsullar, kitablar və endirim kuponları ilə mükafatlandırılıb.

Tədbir UNEC-in 95 illik yubileyi çərçivəsində təşkil olunub və tələbələr arasında intellektual yarışlara marağı artırmağı, eyni zamanda onların analitik və komanda bacarıqlarını inkişaf etdirməyi hədəfləyib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay