UNEC Rus İqtisad Məktəbində (RİM) Azərbaycan Beynəlxalq Bankının (ABB) Korporativ biznes departamentinin meneceri, Muraz Nəbizadə tələbələrlə görüş keçirib.
O, tələbələrə peşəkar inkişaf, müasir əmək bazarının tələbləri, CV hazırlanması, müsahibə texnikaları, liderlik bacarıqları və şəxsi brendinq kimi mövzularda ətraflı məlumat verib. Həmçinin, öz təcrübələrini bölüşərək, tələbələrin real iş mühiti ilə tanış olmasına şərait yaradıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.