A

Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanasının təşkilatçılığı ilə “UNEC İnklüziv Təhsil İli” çərçivəsində “UNEC CLUBRARY” kitab klubunun növbəti görüşü baş tutub.

Görüş Prezident mükafatçısı, gənc yazar və psixoloq Mətanət Qüdsinin yaradıcılığına həsr olunub.

Anım mərasimi şairənin ata yurdu – Şəmkir rayonunun Bayramlı kəndində keçirilib. Tədbirdə Bayramlı kənd tam orta məktəbinin direktoru Şəfəq İsmayılova, məktəb rəhbərliyi, müəllim heyəti və şairənin keçmiş müəllimləri iştirak ediblər. UNEC 24/7 Kitabxanasının könüllüləri, UNEC Yaradıcılıq Mərkəzinin üzvləri, Vokal dərnəyinin rəhbəri Vüsal Aslanlı və onun duet ortağı, ADMİU tələbəsi Hülya Əzizova da tədbirdə yer alıblar.

UNEC 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova Mətanət Qüdsinin təhsildə və yaradıcılıqda qazandığı uğurlardan söz açaraq, onun əlilliyi olsa da, bütün gənclərə örnək olan həyat yolundan danışıb. Tədbirdə müəllifin “Gəl birlikdə darıxaq” və “Şeir terapiyası” kitabları haqqında fikirlər səsləndirilib, şeirləri oxunub.

Məktəbin müəllimləri və tədbir iştirakçıları Mətanət Qüdsinin qısa, lakin mənalı ömründən, xatirələrindən danışaraq, onun yaddaqalan şəxsiyyət olduğunu vurğulayıblar. Təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Nəsibova həm şairənin yaradıcılığından, həm də öz şeirlərindən nümunələr təqdim edib.

Tədbirin sonunda UNEC adından Mətanət Qüdsinin anası Raifə Quliyevaya ADPU-nun tələbəsi Əsra Əhmədlinin “Cənnətin axırı” adlı rəsm əsəri hədiyyə olunub.

Görüş iştirakçıları tədbirin sonunda şairənin məzarını ziyarət edib, əklil qoyaraq onun əziz xatirəsini yad ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay