A

UNEC Rus İqtisad Məktəbində (RİM) “Əqli mülkiyyətin növləri və qorunması mexanizmləri” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarın əsas məqsədi tələbələrə əqli mülkiyyətin hüquqi və iqtisadi aspektləri barədə geniş məlumat vermək, bu sahədə beynəlxalq və milli təcrübələri təqdim etmək olmuşdur.

Tədbirdə “İqtisadiyyat” kafedrasının dosenti, Elza Əhmədova, əqli mülkiyyət anlayışının yalnız hüquqi deyil, eyni zamanda iqtisadi əhəmiyyət daşıdığını vurğulamış, xüsusilə əmtəə nişanları, brend dəyəri və kommersiya üstünlükləri kimi mövzulara xüsusi diqqət ayırmışdır.

O, beynəlxalq və milli hüquq sistemlərində əqli mülkiyyətin qorunması mexanizmləri barədə ətraflı məlumat vermiş, bu sahədə baş verən çağdaş problemlər və həll yolları haqqında da tələbələrlə fikir mübadiləsi aparıb.

TOP XƏBƏRLƏR