27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar olaraq, UNEC Zaqatala filialının əməkdaşları və tələbələri II Qarabağ müharibəsi şəhidi Elvin Məmmədovun ailəsini ziyarət ediblər.
Ziyarət UNEC Zaqatala filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova və İnzibati və təşkilati məsələlər üzrə direktor müavini, dosent Xəyyam Cavadzadənin rəhbərliyi ilə həyata keçirilib. Tələbələr şəhidin ailəsi ilə görüşərək onların qayğı və ehtiyacları ilə maraqlanıblar, şəhid Elvin Məmmədovun əziz xatirəsini dərin hörmətlə yad ediblər.
Ziyarət zamanı həmçinin şəhidin məzarı da ziyarət olunub, ruhuna dualar oxunub və məzarı önünə gül dəstələri düzülüb.