A

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi UNEC-də “Xarici Dildə İşgüzar və Akademik Kommunikasiya” (XDİAK) dərslərində qeyd edilib.

Xarici Dillərin Tədrisi Mərkəzinin müəllimləri tərəfindən keçirilən dərslər şairin yaradıcılığının xarici dillərdə təqdimatına həsr edilib. Tələbələr Bəxtiyar Vahabzadənin şeirlərini ingilis, rus, fransız və alman dillərində səsləndiriblər, onun vətənpərvərlik, azadlıq və humanizm kimi mövzulara həsr olunmuş əsərləri müzakirə olunub.

Dərslərin məqsədi tələbələrdə xarici dildə danışıq və təqdimat bacarıqlarını inkişaf etdirməklə yanaşı, milli-mənəvi dəyərlərə hörmət və Azərbaycan ədəbiyyatına maraq formalaşdırmaq olub.

Müəllimlər çıxışlarında Bəxtiyar Vahabzadənin yaradıcılığının beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, şairin bəzi əsərləri rus və digər dillərə tərcümə olunub və bu, onun poeziyasının universallığını nümayiş etdirir.

Dərslər tələbələr tərəfindən maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR