A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Karyera və İnkişaf Tələbə Təşkilatı”nın tanıtım tədbiri baş tutub.

Tədbiri giriş sözü ilə açan dos. Səadət Qəndilova tələbələrə uğurlu gələcək üçün aktiv iştirak, liderlik və komanda bacarıqlarının önəmini vurğulayaraq yeni təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.

Sonra dos. Rəşad Məhərrəmov təşkilatın yaradılmasında əsas məqsədin tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirərək, onları əmək bazarına daha hazırlıqlı formada qazandırmaq olduğunu bildirib.

Tədbir çərçivəsində kafedranın əmək və sənaye sahəsində təcrübəyə malik müəllimləri, Saleh Həsənov tələbələrin əmək bazarına inteqrasiyası, Vüsalə Hüseynova karyera planlamasının əhəmiyyəti, Aysel Qaragözova isə mentorluq xidməti və şəbəkələşmənin rolu barədə təqdimatlar ediblər.

Sonda təşkilatın sədri vəzifəsini icra edən “İqtisadiyyat” fakültəsinin III kurs tələbəsi Ziya Əmirov yeni yaranan təşkilatın məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, gələcəkdə təşkilatın təşəbbüsü ilə karyera təlimləri, mentorluq proqramları, işəgötürənlərlə görüşlər və müxtəlif sosial layihələrin həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

TOP XƏBƏRLƏR