UNEC Rus İqtisad Məktəbində “Narkotiklərlə mübarizənin hüquqi aspektləri” mövzusunda tələbələr üçün açıq mühazirə təşkil edilib.
Mühazirəni UNEC-in hüquqşünası Mayis Sadıqov aparıb. O, hüquq-mühafizə sahəsindəki zəngin təcrübəsinə əsaslanaraq, narkotik vasitələrlə dövlət və beynəlxalq səviyyədə aparılan mübarizənin normativ-hüquqi əsaslarını ətraflı şəkildə izah edib, müxtəlif real keyslərdən maraqlı nümunələr təqdim edib.
Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında interaktiv müzakirələr aparılıb.