Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsi və UNEC Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Zəfər Günü” adlı intellektual yarışı keçirilib.
Biznes və menecment fakültəsinin dekan müavini Nigar Hüseynova açılış nitqində Azərbaycanın şanlı qələbəsini vurğulayaraq, milli-mənəvi dəyərlərin və gənclərin bu zəfərdəki roluna diqqət çəkib.
Sonra UNEC Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri Səmayə Cəfərzadə Zəfər Gününün gənclər üçün əhəmiyyətini qeyd edərək, iştirakçılara uğurlar arzulayıb.
Gərgin və həyacanlı keçən yarışda 8 komanda iştirak edib və 4 mərhələdən ibarət 44 sual təqdim olunub.
Yarışın qalibi SABAH mərkəzindən “Şliffen” komandası olub. İkinci yeri İqtisadiyyat və idarəetmə fakültəsindən “Zikhozen”, üçüncü yeri isə Biznes və menecment fakültəsindən “Bayraktar” komandası qazanıb.
Sonda qalib komandalara kubok və sertifikatlar təqdim edilib.