A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində 17 Noyabr- Milli Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “İqtisadiyyat” kafedrasının dosenti Pərviz Səmədov qeyd edib ki, xalqımızın azadlıq mübarizəsinin mühüm mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynayıb. O, bildirib ki, 17 noyabrın mənəvi əsasları ötən əsrin 60-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən formalaşmağa başlamışdır. 1988-ci ilin noyabrında Bakının Azadlıq meydanında Sovet hakimiyyətinin antiazərbaycan siyasətinə qarşı xalqın kütləvi etiraz mitinqi baş tutmuş, bu mitinq milli azadlıq hərəkatının əsas mərhələsinə çevrilmişdir.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay