A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra UNEC-in Zaqatala filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova açılış nitqi ilə çıxış edib. O, Azərbaycanın dövlətçilik tarixində Bayraq Gününün xüsusi əhəmiyyət daşıdığını qeyd edib, bu günün xalqımızın milli birliyinin, müstəqilliyinin və suverenliyinin simvolu olduğunu vurğulayıb.

Tədbirdə filialın müəllimləri Əli Şabanov və Samirə Məmmədova, tələbə-rektor Həzizadə Cavidan, tələbələr Ayşən Bayramova və Rəhmana Tağıyeva çıxış edərək Azərbaycan bayrağının tarixi, mənəvi dəyərləri və milli kimliyimizdəki rolu barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay